"Ruhlar diyarı" yenidən turistləri qəbul edəcək - 46 il sonra

 12:31 29.05.2020     2819

Kipr, Maraş – Bir zamanlar lüks avtomobillərin, bahalı evlərin, ölkənin ən yaxşı çimərliklərinin olduğu, bir çox  dünya ulduzlarının və zənginlərinin tez-tez səfər etdiyi, 7 ulduzlu otellərə sahib olan şəhər...

46 ildir tərk edilmiş şəhər Mağusa bölgəsində yerləşir və öz dövrünün müasir arxitekturası ilə dünyanın ən lüks turizm mərkəzlərindən biri hesab olunub. Bu şəhər 1973-cü ildə Kipr adasında bütün turizm sektorunun ümumi gəlirinin 53,7% -ni təşkil edirdi.

13 Avqust 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı adanın rum tərəfindən alınan şəhərə o zamandan heç kim buraxılmır. 

Maraşda olan hər şey, mağazalardakı paltarlar, otellərdə qurulan dekorlar, məişət əşyaları tərk edildiyi gün necə qoyulubsa, bu gün də elə qalır. Uzun illərdi baxımsız qalan şəhər artıq xarabalığa çevrilməkdədir.

Kapalı Maraş'ın envanterini çıkaracak ekip yarın bölgeye giriş ...

Şimali Kipr Türk Cümhuriyyəti 46 ildir insan yaşamayan "ruhlar diyarı" Maraşı yenidən turizm mərkəzi kimi bərpa etməyə qərar verib. Hökümət rəsmiləri bildiriblər ki, şəhərin açılması yalnız söz olaraq qalmayacaq, "Bağlı Maraş" ifadəsi tamamilə aradan qaldırılacaq. 

Sevda Ulutau / Redaktor.az