Dünyada koronavirusa yoluxanların sayı 8 milyona çatır

 09:44 15.06.2020     658

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 8 milyon nəfərə çatmaq üzrədir.

Redaktor.az-ın verdiyi məlumata görə, hazırda dünya üzrə koronavirusa 7 milyon 997 min 84 nəfər yoluxub.

İndiyədək virusdan 435 662 insan ölüb, 4 milyon 129 min 60 nəfər isə sağalıb.