Britaniyada son sutkada koronavirusdan 233 nəfər vəfat edib

 18:50 16.06.2020     692

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 233 nəfər vəfat edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, Britaniyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 41 min 969 nəfərə çatıb.

Ölkədə indiyədək infeksiyaya yoluxanların ümumi sayı 296 mini keçib.