Rusiyada daha 182 nəfər koronavirusun qurbanı oldu

 13:30 18.06.2020     383

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 7 790 nəfər virusa yoluxub, 182 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 561 091 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 660 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 313 963 nəfər virusdan sağalıb, 239 468 nəfərin müalicəsi isə davam edir.