Bu dərman koronavirusa yoluxdurur - SİYAHIDAN ÇIXARILDI

 14:10 18.06.2020     996

Çin hökuməti dünyada ən çox satılan vəhşi məməli heyvanlardan olan panqolinləri qorumaq məqsədilə,   "pangolin pulcuqları”nı  2020-ci il ənənəvi dərman siyahısından çıxarıb.

Redaktor.az xəbər verir ki, Çin Kommunist Partiyasının rəsmi nəşrləri "Global Times" qəzetində yayımlanan xəbərə görə, Çin Farmakopeyasında bu il ənənəvi dərman siyahısına panqolinlər daxil edilməyib. 

Pekin administrasiyasının bu addımı iyunun 5-də panqolinlərin qorunma səviyyəsini artırma cəhdindən sonra gündəmə gəlib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi Farmakopeya kimi tanınan Çin Farmakopeyası həm ənənəvi, həm də müasir Çin dərmanlarını ehtiva edir.

Qarışqayeyən növünə aid olan panqolinlər planetdə ən çox qaçaqmalçılığa məruz qalan heyvandır. Müxtəlif xəstəliklərə qarşı faydalı olduğu iddiası ilə Vyetnamda və ya Çində yüksək qiymətə satılır. Bu canlıların bədənlərində 18 cərgə pulcuq olur. Bu isə sürünənlər üçün qeyri-adi xüsusiyyət hesab olunur. Hazırda nəsli tükənmək təhlükəsi altındadır. 

Qeyd edək ki, panqolinlər haqqında məlumatları artırmaq məqsədilə 2012-ci ildən bəri hər il  fevral ayının üçüncü şənbəsi Ümumdünya Pananqolin Günü olaraq qeyd olunur.

Sevda Ulutau / Redaktor.az

Opinion | Coronavirus: Revenge of the Pangolins? - The New York Times

Delicious? Rich Chinese Diners Push Exotic Pangolin Toward Extinction

Manis pentadactyla (@save_a_pangolin) | Twitter

Pangolins still under threat despite China ban on eating wild ...