İranda son sutkada koronavirusdan 87 nəfər ölüb

 13:52 18.06.2020     321

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 87 nəfər vəfat edib.

Redaktor.az-ın məlumatına görə, İranda koronavirusdan ölənlərin sayı 9 272 nəfərə çatıb.

İranda indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 197 min 647 nəfərə çatıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2795 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.