ABŞ-da etirazçılar Corc Vaşinqtonun heykəlini dağıtdı

 16:12 19.06.2020     286

ABŞ-ın Portlend şəhərində etirazçılar ölkənin ilk prezidenti Corc Vaşinqtonun heykəlini uçurub.

Redaktor.az-ın məlumatına görə, 20 nəfərdən ibarət qrup heykəlin üzərinə ABŞ bayrağı ataraq yandırıb. Daha sonra qrupun sayı çoxaldıqca heykəlin uçurulmasına qərar verilib. Etirazçılar abidənin yerinə 1619 rəqəmini yazıblar. Bu tarix Amerikaya qulların ilk dəfə gətirildiyi ili simvolizə edir.

Polis insidentlə bağlı araşdırmalara başlayıb. //Trend.az