Türkiyədə COVID-19 qurbanlarının sayı 4,9 mini ötdü

 21:15 19.06.2020     587

Türkiyədə son sutka ərzində koronavirusa 1200-dən çox yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazir bildirib ki, son gün ərzində daha 23 nəfər COVID-19-dan ölüb.

“Bu gün 1214 yoluxma qeydə alındı, virusa ümumi yoluxma 185 min 245 nəfərdir. Bu gün biz 23 pasiyent itirdik, ölənlərin ümumi sayı 4905 nəfərdir".

Vumart və Güvən reklamı Vumart Güvən