Ermənistanda 551 nəfər yoluxub, 13-ü ölüb - COVID-19

Ermənistanda son sutka ərzində koronavirusa 551 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.
Redaktor.az-ın xəbərinə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 19 min 157, xəstəlikdən ölənlərin sayı isə 332 nəfərə çatıb.
Koronavirusdan sağalanların sayı 8854 nəfərdir.