İranda son sutkada koronavirusdan 115 nəfər vəfat edib

 13:59 20.06.2020     476

İranda son sutka ərzində koronavirusdan (COVID-19) 115 nəfər vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9507 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2322 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 202 min 584 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 161 min 384 nəfər sağalıb.