Özbəkistanda əcnəbilərə təzminat ödəniləcək - KORONAVİRUS

Özbəkistan ərazisində COVID-19-a yoluxan əcnəbi turistlər 3000 ABŞ dolları məbləğində təzminat alacaqlar.
Redaktor.az xəbər verir ki, bu barədə ölkə prezident Şavkat Mirziyoyevin imzaladığı “Turizmin inkişafına dair əlavə tədbirlər haqqında” sərəncamında müddəa var.
Belə ki, sənəddə “Özbəkistan: təhlükəsiz səyahətə zəmanət var” adlı xüsusi sanitariya-epidemiologiya sisteminin yaradılması və yalnız bu sistemə daxil edilən turizm şirkətləri və ya müəssisələrinin əcnəbi turistləri qəbul etməsi nəzərdə tutulur.
Adıçəkilən sistem çərçivəsində yaradılacaq Təhlükəsiz Turizm Fondu isə turizm şirkətlərinin könüllü ianələri, habelə sistemə salındıqları vaxt verilən sertifikat haqqı hesabına maliyyələşdiriləcək. //Report.az