Putin: Rusiyada koronavirusa qarşı peyvənd hazırlanacaq

 18:08 20.06.2020     568

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı peyvəndin ən yaxın gələcəkdə Rusiyada hazırlanacağına ümid etdiyini deyib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Vladimir Putin səhiyyə işçiləri ilə görüşündə bildirib. 

“Gəlin ümid edək ki, ən yaxın gələcəkdə peyvənd hazır olacaq. Əlbəttə ki, bununla bərabər, dərman vasitələrimiz var. Qiymətləndirmələrə əsasən belə düşünürəm ki, istifadə keyfiyyəti və təmizliyi baxımından istehsal etdiyimiz dərmanlar bəlkə də hazırda dünyada ən yaxşılardandır”, - deyə V. Putin qeyd edib.