Türkiyədə bu gün koronavirusdan 22 nəfər ölüb

 22:01 20.06.2020     489

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 41112 şübhəli koronavirus testindən keçib, onlardan 1248-nin cavabı pozitiv çıxıb. Bu gün 1312 xəstə sağalıb. 

Vumart və Güvən reklamı Vumart Güvən