Özbəkistanda koronavirusa yoluxanların sayı 6,2 mini ötüb

 21:17 21.06.2020     784

Özbəkistanda yeni növ koronavirusa daha 191 nəfər yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 216 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 17 nəfər sağalıb, sağalanların ümumi sayı 4 290 nəfər təşkil edir.

Hazırda xəstəxanalarda 1907 nəfərin müalicəsi davam edir, onlardan 15 nəfərinin vəziyyəti ağır, 1 nəfərinin vəziyyəti isə çox ağırdır.

Qeyd edilir ki, hazırkı dövrədək ölkədə koronavirusdan 19 nəfər ölüb.