Türkiyədə maska ​​taxmayanlara cərimələr tətbiq olunacaq

 00:55 22.06.2020     623

Türkiyədə koronavirusun yayılması ilə əlaqədar 22 İyundan etibarən maska ​​taxmayan vətəndaşlar cərimələnəcək.

Redaktor.az-ın məlumatına görə, 48 vilayətdə maskalar taxmaq bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə məcburidir.

Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur.