Dünyada koronavirusa yoluxanların sayı doqquz milyonu keçdi

 03:28 22.06.2020     644

Dünyada 9 milyon 006 min 320 nəfər koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, 468 min 721 nəfər virusdan həyatını itirib, 4 milyon 786 min 608 nəfər isə sağalıb.

Dünya ölkələri arasında virusa yoluxma sayına görə ilk onluqda olan üç ölkə ABŞ (2 348 400), Braziliya (1 073 376) və Rusiyadır (584 680).

Sərhəd qonşularımızdan İran 204 min 952 yoluxma ilə 10-cu, Türkiyə 187 min 685 yoluxma sayı ilə 12-ci yerdədir. Ermənistanda virusa 20 268, Gürcüstanda 906 yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirus bu zamana qədər 12 min 729 nəfərdə aşkar edilib. Virusa yoluxanların 154-ü ölüb, 6 799-u sağalıb.