Türkiyədə sel 2 nəfərin ölümünə səbəb olub

 04:35 22.06.2020     672

Türkiyənin Bursa vilayətində aramsız leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

Redaktor.az-ın xəbərinə görə, hazırda bölgədə xilasetmə və axtarış işləri aparılır. Ölkənin Daxili İşlər naziri Süleyman Soylu da fəlakət bölgəsinə baş çəkib.

Qeyd edək ki, Türkiyənin Hidrometeorologiya Baş İdarəsi bu gün Bursa, Sakarya və Düzcə ərazilərində leysan yağışları, daşqın və sel fəlakətlərinin gözlənildiyini proqnozlaşdırıb. //APA