Koronavirusla bağlı PİS XƏBƏR VAR - Qonşuda ikinci dalğa...

 14:17 22.06.2020     2361

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Redaktor.az xəbər verir ki, İran Səhiyyə Nazirliyi daha 2573 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 207 min 525-ə çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 119 nəfər artaraq 9742 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 166 min 427 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.