Türkiyədə bu gün koronavirusdan 24 nəfər ölüb

 21:28 22.06.2020     960

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə sağalıb.