Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi

 23:18 22.06.2020     1262

Səudiyyə Ərəbistanı yeni koronavirus pandemiyasına görə cari ildə xarici ölkələrdən gələn zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib. 

Redaktor.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

"Həcc ölkənin ərazisində yaşayan müxtəlif milliyyətlərdən olan zəvvarların olduqca məhdudlaşdırılmış sayının iştirakı ilə olacaq", - deyə krallıq hakimiyyətinin bəyanatında deyilir.