ÜST: Dünyada koronavirusa daha 152 min yoluxma qeydə alınıb

 08:30 23.06.2020     1276

Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 152 mindən çox yoluxma qeydə alınıb.

Qeyd edilir ki, hazırda dünyada koronavirusa 8 milyon 860 min 331 yoluxma və 465 min 740 ölüm aşkarlanıb. Son sutkada aşkarlanan yeni yoluxma hallarının sayı 152 min 323-dür, COVID-19-dan ölənlərin sayı isə 4025 nəfər artıb. 

 

Vumart və Güvən reklamı Vumart Güvən