İstanbulda xəstəxanada yanğın olub

 09:04 23.06.2020     1033

Türkiyənin İstanbul şəhərin Təhsil Araşdırma Xəstəxanasında yanğın baş verib.

Redaktor.az-ın verdiyi məlumata görə, hadisə yerinə çox sayda yanğınsöndürən briqadası cəlb edilib. Xəstəxananın ikinci mərtəbəsində başlayan yanğın tez bir zamanda söndürülüb.

Bildirilir ki, yanğın nəticəsində xəsart alan olmayıb.

Hazırda xəstəxanaya dəyən zərərin hesablanması işləri aparılır.

İlkin məlumata əsasən, yanğın texniki səbəblərdən başlayıb, lakin araşdırma davam edəcək. //Trend.az