Gürcüstandan 178 vətəndaşımız vətənə yola salınıb

Gürcüstanda olan 178 Azərbaycan vətəndaşı Tiflisdən üç avtobusla vətənə yola salınıb.
Redaktor.az xəbər verir ki, təxliyə olunanların koronavirusla bağlı ötən gün verdikləri testlərin nəticələri neqativ çıxıb.
Vətəndaşlar Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazəsi olacaq.