Ermənistanda yoluxanların sayı 21 mini keçdi - KORONAVİRUS

 11:13 23.06.2020     1981

Ermənistanda koronavirusa yoluxanların sayı 21 min 006 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 418 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 372 nəfər koronavirusdan ölüb, 10 min 490 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Vumart və Güvən reklamı Vumart Güvən