Qadını maşına bağlayıb, belə döydülər... - Meksikadan şok FOTOLAR

 12:51 23.06.2020     5146

Meksikada baş vermiş və sosial mediada yayılan zorakılıq görüntüləri gündəmi sarsıdıb. Dünyanın ən təhlükəli ölkəsində ortaya çıxan görüntülər şok effekti yaradıb.

Redaktor.az xəbər verir ki, iki fərqli videoda cinayətkarların iki qadını döyməsi əks olunub. Zorakılıq görüntüləri hadisəni törədən şəxslər tərəfindən paylaşılıb.

Görüntülərin birində yol kənarında nəqliyyat vasitəsinə bağlanmış sarı paltarlı qadın əks olunub. Kartel üzvləri qadını qamçılayaraq döyür. Qadının ağlayaraq ispanca yalvarış səslərinə kartel üzvlərinin söyüşlə cavab verdiyi deyilir. 

Digər videoda eyni insan qara paltarlı başqa bir qadını döyür. Qadını qamçı ilə döydükdən sonra, ona odunla zərbələr endirirlər. 

Yerli medianın məlumatına görə, bu qadınlar kartelə polis basqını barədə məlumat vermədiklərinə görə, işgəncələrə məruz qalıblar.

Videonun çəkildiyi yer isə Huemanqio qəsəbəsidir. Sözügedən qəsəbə son aylarda Meksikadakı narkotik müharibəsində ən çox zərər çəkən yerlərdən biridir. 

Koronavirus epidemiyasının ən çox yayıldığı və 10 min nəfərdən çox insanın həyatını itirdiyi Meksika, eyni zamanda dünyanın ən təhlükəli ölkəsidir. 2019-cu ilin məlumatlarına görə, dünyanın ən təhlükəli şəhərlərinin ilk beşliyi Meksikanın payına düşür. Ötən il təqribən 35 min insanın öldürüldüyü Meksikada törədilən qətllərin sayı son 20 ildə ən yüksək səviyyəyə çatıb. Rəsmi məlumatlara görə, 2018-ci ildə 130 milyon əhalisi olan ölkədə 33 min 743 nəfər öldürülüb.

Cinayətlərin böyük əksəriyyəti narkotik kartellərinin fəaliyyəti ilə bağlıdır. Mütəxəssislər, qətllərin sayının artmasının əvvəlki illərdən fərqli olaraq təkcə narkotik alveri ilə əlaqəli olmadığını vurğulayıblar. Əsas səbəblərdən birinin benzin oğurluğu olduğu bildirilir.

Qadın cinayətləri, insan oğurluğu, insan alveri və qəsb hallarında da artım müşahidə olunub. Ötən ilə nisbətən, qadın cinayətlərinin sayı 10,3 faiz artaraq, 1006-ya çatıb. 8500-dən çox qəsb hadisəsinin baş verməsi isə əvvəlki ilə nisbətən 29 faiz artımın olduğunu göstərir.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador, baş verən hadisələrlə bağlı hökumətin uğursuz olduğunu, problemi həll edə bilmədiklərini və məsələnin həlli ilə bağlı çox iş görülmədiyini etiraf edib.

Sevda Ulutau / Redaktor.az