Türkiyənin hərbi təlim bazasına hücum - Ölən var

Somalinin paytaxtı Moqadişoda yerləşən Türk hərbi təlim bazası qarşısının partlayış baş verib.
Redaktor.az-ın məlumatına görə, Türkiyənin Mogadişodakı səfiri Mehmet Yılmaz bildirib ki, TÜRKSOM Hərbi Təhsil Bazasında tələbə seçimi zamanı üzərində bomba olan şəxs zərərsizləşdirilib:
“İlkin məlumata görə, sözügedən şəxs içəri daxil olmağa çalışıb və Somali əsgərlərinin “dayan” xəbərdarlığına tabe olmadığı üçün vurulub. Bu zaman partlayış baş verib. Bir mülki şəxsin öldüyü barədə məlumat almışıq”.
Qeyd edək ki, terror təşkilatı olan "Eş-Şəbab", təhlükəsizlik qüvvələrini və mülki yaşayış məntəqələrini hədəf alan hücumlar təşkil edir. Bu hücumu da onların həyata keçirdiyi ehtimal edilir.
Sevda Ulutau / Redaktor.az