Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub

 10:59 24.06.2020     2258

Ermənistanda son sutka ərzində daha 711 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 21 min 717 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 14 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 386 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 10 min 797 nəfərdir.