Güclü zəlzələ baş verə bilər - Son 24 saat ərzində...

İslandiyanın ən aktiv vulkanı olan Grimsvötndə son bir ayda intensiv seysmik fəaliyyətlər artıb.
Redaktor.az xəbər verir ki, İslandiya Meteoroloji İdarəsi bölgədə üç gündə, o cümlədən 24 saat ərzində 500-dən çox zəlzələnin baş verdiyini açıqlayıb. Bazar ertəsi verilən məlumata görə, daha 5 zəlzələdən biri paytaxt Reykyavikdə də hiss edilib.
Rəsmi şəxslər bildiriblər ki, vulkan 10 il əvvəl hava nəqliyyatındakı böhran qədər olmasa da, püskürmə olacağı təqdirdə, uçuşlara təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, 2010-cu ildə Eyyafyalyayökük vulkanının püskürməsi nəticəsində havaya yayılan kül və duman səbəbindən Avropa hava məkanı 6 gün ərzində uçuşlar üçün bağlanmış, 100 mindən çox təyyarə reysi təxirə salınmışdı.
Grimsvötn vulkanı isə 2011-ci ildə aktivləşib. Həmin dönəmdə isə Reykyavik hava limanı bağlanaraq, 900 dən çox uçuş ləğv edilmişdi.
Sevda Ulutau / Redaktor.az