Koronavirus təyyarə qəzasına səbəb oldu - İnanılmaz hadisələr yaşanır...

Ötən ay Pakistanda baş verən təyyarə qəzasının səbəbinin COVID-19 oluduğu bildirilib.
Redaktor.az xəbər verir ki, qəza ilə əlaqədar aparılan istintaqa görə, təyyarənin iki pilotu uçuş boyunca koronavirus haqqında danışdıqları üçün diqqətlərini cəmləşdirə bilməyiblər.
Aviasiya naziri Qulam Sərvər Xan bildirib ki, səs yazılarında həm pilotların, həm də qüllə heyətinin qaydalara əməl etmədiyi, nəticədə qəza baş verdiyi məlum olub.
İstintaq hesabatını parlamentə təqdim edən nazir, təyyarədə hər hansı bir nasazlığın olmadığını və uçuş üçün hazır vəziyyətdə olduğunu bildirib. .
Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yollarına aid Lahor-Kəraçi uçuşunu həyata keçirən sərnişin təyyarəsi mayın 22-də Kəraçi şəhərində yaşayış sahəsinə düşüb, nəticədə 97 nəfər həyatını itirib.
Sevda Ulutau / Redaktor.az