ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-ın Kaliforniya ştatında rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, yeraltı təkanların episentri İnyo bölgəsində, yerin 3 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Anar Türkeş / Redaktor.az