ÜST: Dünyada koronovirusdan ölənlərin sayı 473 mini ötdü

 08:30 25.06.2020     538

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,1 milyon nəfəri keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 135 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 4187 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 473 min 797 təşkil edir.

Vumart və Güvən reklamı Vumart Güvən