Rusiyada 766 dustaq koronavirusa yoluxub

 10:39 25.06.2020     504

Rusiya Cəzaların İcrası Federal Xidmətinin 2 132 əməkdaşı və 766 dustaq yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidmətinin direktorunun müavini Aleksandr Xabarov bildirib.

O qeyd edib ki, virusa yoluxan əməkdaşlardan 1037 nəfər sağalıb.

“Virusa yoluxan dustaqlardan isə 292 nəfər sağalıb”, - deyə A. Xabarov vurğulayıb. //APA