Türk əsgərləri yüzlərlə insanı xilas etdi - Dəhşətli plan baş tutmadı

Türkiyənin Milli Müdafiə Nazirliyi "Barış Pınarı" bölgəsində planlaşdırılan terror hücumunun qarşısını alıb.
Redaktor.az xəbər verir ki, mülki vətəndaşların olduğu ərazidə partladılması nəzərdə tutulan və terror təşkilatı PKK/YPG-yə aid olan bomba yüklü yük maşın məhv edilib. Yük maşını boş ərazidə partladılaraq, böyük bir fəlakətin qarşısı alınıb.
Nazirliyin verdiyi açıqlamada, terror təşkilatı PKK/YPG-nın Suriyanın şimalında günahsız mülki şəxslərə qarşı qeyri-insani planlar hazırlamağa davam etdiyi bildirilib.
Sevda Ulutau / Redaktor.az