Çin ikinci dalğanı nəzarət altına aldığını AÇIQLADI

 13:14 25.06.2020     1666

Çin hökuməti həyata keçirilən test yoxlamaları nəticəsində COVID-19 epidemiyasının ikinci dalğasının nəzarət altına alındığını bildirib.

Redaktor.az xəbər verir ki, paytaxt Pekində 11 gündə 2 milyon yarım insan koronavirus testindən keçirilib.

Bu rəqəm 20 milyonluq şəhər əhalisinin 10 faizini əhatə edir. Testlərə ərzaq satışı bazarlarında və ətraf ərazilərdə başlanılıb.

Bundan başqa, restoran işçiləri və təxminən 100 min çatdırılma işçisi də testdən  keçirilib.

Sevda Ulutau / Redaktor.az