Tanınmış vayner xanım 3-cü mərtəbədən yıxılıb - VİDEO

 15:22 25.06.2020     2159

Sosial media fenomeni, vayner Perihan Kılıçelli 3-cü mərtəbədəki evlərinin eyvanından yıxılıb. 

Redaktor.az xəbər verir ki, sosial mediada rəqsləri ilə tanınan Perihan Kılıçelli iyunun 18-də Denizlinin Kale rayonundakı Cumhuriyet qəsəbəsində yaşayan ailəsini ziyarətə gəlib.

Hadisə günü bacısı ilə birlikdə eyvanına çıxaraq, oturub. Bu zaman mərmərin sürüşməsi nəticəsində müvazinətini itirərək 3-cü mərtəbədən düşüb.

Birinci mərtəbədə olan dəmir barmaqlıqlar onu beton döşəməyə dəyməkdən xilas edib. İlkin təcili tibbi yardımdan sonra o, Pamukkale Universiteti Xəstəxanasına aparılıb.

Hazırda onun səhhəti normaldır.

Sevda Ulutau / Redaktor.az