Ukraynada Azərbaycan vətəndaşı öldürülüb

 16:53 25.06.2020     546

Ukraynada Goranboy sakini qətlə yetirilib.

Redaktor.az-ın məlumatına görə, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb. Staxanov şəhərində yaşayan, Goranboy rayon Faxralı kənd sakini, 26 yaşlı H.Mamed həmyerlisi olan yeznəsi, 33 yaşlı Ə.Hakimi bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq zərbəsi alan Ə.Hakim xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Onun meyitinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi bildirilir.

Hadisəni törədən H.Mamed polisə gedərək könülü təslim olub. //APA