Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

 00:50 26.06.2020     689

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 21 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

Nazir qeyd edib ki, son 24 saatda 52 min 303 şübhəli koronavirus testindən keçib, onlardan 1458-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1472 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5046 nəfər ölüb, 193 min 115 nəfər bu infeksiyaya yoluxub, 165 min 706 nəfər isə müalicə olunub.