Putini "devirmək" istəyən şaman siyasi məhbus elan edildi

 02:18 26.06.2020     503

Memorial İnsan Haqları Mərkəzi Yakut şamanı Aleksandr Qabışevi siyasi məhbus elan edib.

Redaktor.az xəbər verir ki, şaman sırf siyasi və dini inancına görə, habelə hərəkət, dinc toplaşma, vicdan və din azadlığını qeyri-zorakı şəkildə reallaşdırdığı üçün həbs edilib.

Hüquq müdafiəçiləri hökuməti Qabışevi sərbəst buraxmağa və sağlamlığını bərpa etməyə çağırıblar.

Xatırladaq ki, may ayında hüquq-mühafizə orqanlarının əməkdaşları şamanın evinə basqın edərək onu ruhi xəstəxanaya göndərmişdilər. Tibbi idarə heyəti şamanı özü və başqaları üçün təhlükəli hesab etmiş, ruhi dispanser isə onun dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı iyulun 2-də baxılacaq iddia qaldırmışdı.

O, iyunun 9-da həbs edilərək Rostokin təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, Aleksandr Qabışev Moskvaya Vladimir Putini "devirmək" məqsədi ilə yürüşə başlayandan sonra məşhurlaşıb. | Qaynarinfo