Kosmosa ilk turistin çıxacağı tarix açıqlandı

 06:11 26.06.2020     517

“Enerqiya” Raket-Kosmik Korporasiyası (RKK) və “Space Adventures Inc.” şirkəti tarixdə ilk dəfə kosmik turistin 2023-cü ildə açıq kosmosa çıxması üzrə müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, turist peşəkar kosmonavtın müşayiəti ilə “Soyuz MS” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentinə çatdırılacaq.

Daha əvvəl “Enerqiya” RKK və “Roskosmos” “Space Adventures Inc.” ilə müqavilələr çərçivəsində “Soyuz” kosmik gəmisində BKS-in Rusiya seqmentinə səkkiz qısamüddətli kommersiya uçuşunu uğurla həyata keçirib. Ancaq turistlər açıq kosmosa çıxmayıblar.

Xatırladaq ki, son doqquz ildə BKS-ə yalnız “Soyuz” kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da “SpaceX” şirkətinə məxsus “Falcon 9” raket-daşıyıcısı ilə “Crew Dragon” kosmik gəmisi Floridadan havaya qalxaraq BKS-ə uğurlu birləşmə edib.