Neft emalı zavodunda yanğın baş verib - Türkiyə

 08:55 26.06.2020     833

Türkiyənin Ordu vilayətində neft emalı zavodunda yanğın baş verib.

Redaktor.az-ın məlumatına görə, yanğın Altınordu rayonunda zavodun bölmələrinin birində olub.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və polis əməkdaşları göndərilib.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb. Yanğının səbəbi məlum deyil. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən