Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı

Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 23 min 247-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 410-a çatıb. İndiyədək 12 min 149 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 min 625 aktiv koronavirus xəstəsi var.