Bu, yalnız başlanğıcdır - Quterreş

 23:26 26.06.2020     643

Bu gün biz qlobal pandemiya ilə üz-üzəyik. Bütün dünyada insanlar haqlı olaraq irqçiliyə qarşı çıxırlar. Problemlərə qarşı mübarizə aparmaq yalnız başlanğıcdır. Biz onları həm də həll etməliyik.

Redaktor.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş videomüraciətində bildirib.

"Ortaq çətinlikləri həll etmək və dünyadakı zəif nöqtələri aradan qaldırmaq üçün əbədi bir təlimatımız var. Bu təlimat Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsidir.

Gəlin hər kəs üçün sülh, insan hüquqlarının müdafiəsi və ədalət prinsiplərini həyata keçirək. Səylərimizi birləşdirək, humanist olaq, bir olaq, bir-birimizə dəstək olaq", - Quterreş qeyd edib. / Axar