İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb

 04:14 27.06.2020     248

İtaliyada son 24 saat ərzində 259 nəfər koronavirusa yoluxub, 30 nəfər ölüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkə üzrə ümumi ölüm sayı 34708-ə çatıb.

Hazırda ölkədə 17638 nəfər koronavirus infeksiyasının daşıyıcısıdır. İndiyə qədər ölən və sağalanlar da daxil olmaqla ümumilikdə 239961 nəfər yeni virusa yoluxub. / APA