Rusiya qırıcısı ABŞ təyyarələrini təqib etdi

 05:48 27.06.2020     240

Rusiya Cənub Hərbi Dairəsinin havadan müdafiə sistemləri (HMS) Qara dənizin neytral suları üzərində ABŞ-a məxsus kəşfiyyatçı təyyarələrin uçuşunu qeydə alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilib.

Bildirilib ki, növbətçi Hava Hücumundan Müdafiə Qüvvələri dərhal qarşı tərəfin hərəkət trayektoriyasını müəyyən edib:

“Rusiya sərhədindən kifayət qədər uzaqlıqda olan ABŞ Hərbi Qüvvələrinə məxsus təyyarələr davamlı olaraq radiolokasiya vasitələri ilə izlənildi. Bundan əlavə, onları Rusiyanın Qara dəniz donanmasına aid Su-30 qırıcısı müşayiət edib. Rusiya qırıcısının ekipajı təhlükəsiz məsafədə aviaobyektlərə yaxınlaşıb. Onların ABŞ HDQ-yə məxsus “Poseydon” P-8A, ABŞ HHQ-yə məxsus RC-135 strateji kəşfiyyat təyyarəsi və КС-135 yanacaqdoldurma təyyarəsi olduğu müəyyən edilib. Bundan sonra onlar Rusiya sərhədi istiqamətində olan uçuş trayektoriyasını dəyişiblər”.