Dünyanın ən uzun ildırımının ölçüsü açıqlandı

 03:10 27.06.2020     255

Dünyada qeydə alınan ən uzun ildırım 709 km olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Xəbərə görə, yeni peykdən ildırım görüntüləmə texnologiyasından istifadə edilərək gerçəkləşdirilən ölçmələrə əsasən, dünyanın ən uzun ildırımı 31 oktyabr 2018-ci ildə Braziliyada qeydə alınıb.

Açıqlamada, həmçinin, 4 mart 2019-cu ildə Argentinada meydana gələn ildırımın 16,73 saniyə davam etdiyi, bunun da bu günə qədər davam etmə müddətinə görə qeydə alınan ən uzun ildırım olduğu vurğulanıb. / Publika