Qazaxıstanda yoluxanların sayı 20 mini ötüb - COVID-19

Qazaxıstanda ötən sutka ərzində koronavirusa daha 569 nəfər yoluxub.
Redaktor.az-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 min 319 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 nəfər ölüb.
Hazırkı dövrədək koronavirusa yoluxanlardan 12 min 548 nəfər sağalıb, 150 nəfər isə vəfat edib. //Trend.az