Koronavirusa üç yeni simptom əlavə edildi

 09:48 27.06.2020     1021

Koronavirusun təsvirinə üç yeni simptom əlavə edilib.

Redaktor.az-ın məlumatına görə, COVID-19 əlamətlərinə burun tutulması, ürəkbulanma və ishal əlavə olunub.

Əvvəllər koronavirusun simptomu kimi yüksək temperatur, öskürək və nəfəs darlığı göstərilirdi.

Daha sonra titrətmə, əzələ ağrısı, boğaz ağrısı, dad və qoxu hissinin itirilməsi də koronavirisun əsas simptomlarından sayıldı. //Oxu.az