Çində koronavirusa yeni yoluxmalar qeydə alınıb

 11:02 27.06.2020     825

Çində cümə günü COVID-19 virusuna 21 nəfər yoluxub.

Redaktor.az xəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyasının məlumatına görə, yoluxanlardan 17-si yerli, 4-ü isə xaricidir.

Bununla da ölkədə yoluxanların ümumi sayı 83 min 483 nəfərə çatıb ki, bunlardan 405 nəfəri hazırda müalicə olunur, aralarında 8 nəfərin vəziyyəti ağırdır. Yoluxanlardan 78 min 444 nəfəri sağalaraq evə buraxılıb, 4634 nəfəri isə ölüb. //Report.az