Ermənistanda daha nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 23 min 909 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 662 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.
Ümumlikdə Ermənistanda 421 nəfər koronavirusdan ölüb, 10 min 577 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb. //Trend.az