Qırğızıstan prezident administrasiyasının 17 əməkdaşı virusa yoluxub

Qırğız Respublikası Prezident Administrasiyasının 17 əməkdaşı və rəhbərində koronovirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Qırğız Respublikası dövlət başçısı aparatının informasiya siyasəti şöbəsi bildirib.
Bildirilib ki, son sutkada aparatın başçısı Dosalı Esenaliyev və daha 8 əməkdaş koronavirusa yoluxub. Bununla virusa yoluxan əməkdaşların sayı 17-yə çatıb.